“Əsas təkmilləşdirmə kontekst pəncərəsinin ölçüsünün artırılması idi ki, bu da sistemə daha böyük sorğuları emal etməyə və konteksti qoruyaraq uzun dialoqları dəstəkləməyə imkan verir. Tərtibatçı digər texniki xüsusiyyətləri hələ açıqlamayıb”, - xəbərdə deyilir.
Yüksək sürəti və sərfəli qiyməti sayəsində “DeepSeek” həlləri artıq “OpenAI” şirkəti də daxil olmaqla, Amerika şirkətlərinin rəqibinə çevrilib. Beləliklə, “DeepSeek” şirkəti Çin tərtibatçılarının nisbətən daha az investisiya ilə süni intellekt sahəsində mühüm nəticələr qazanmağa qadir olduğunu nümayiş etdirir.
2025-ci ildə şirkət bir sıra göstəricilərə görə Qərb analoqlarını üstələyən və tez bir zamanda populyarlıq qazanan “DeepSeek R1” modelini təqdim edib. Onun xələfi olan R2 modelinin gözləntiləri fonunda Çin mediasında yenilənmənin buraxılışının ləngiməsinin səbəbləri müzakirə olunur.
Bunların arasında baş direktor Lyan Venfenin mükəmməlliyi, “Nvidia” qrafik sürətləndiricilərinin çatışmazlığı və “Huawei” şirkətinin süni intellekt üzrə təlim həllərinin məhdud effektivliyi sadalanır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


